Xədicə köpəkbalıqların olduğu hovuza girdi – VİDEO  

Xədicə köpəkbalıqların olduğu hovuza girdi – VİDEO  

Hazırda oxunan: Xədicə köpəkbalıqların olduğu hovuza girdi – VİDEO  

87572

Tanınmış aparıcı Xədicə Sənanqızı istirahət üçün qardaş ölkə Türkiyəyə yollanıb.

Bizim.Media xəbər verir ki, Antaliyada tətildə olan aparıcı köpəkbalıqların olduğu böyük hovuza girib.

Həmin anları isə Xədicə sosial şəbəkə hesabında paylaşıb. O, köpəkbalıqları ilə yayımladığı görüntüləri bu cür şərh edib.

“Ekstrimə davam. Həyatımda heç düşünməzdim, köpəkbalıqları ilə eyni hovuzda üzə bilərəm. Hətta onlara toxuna bilərəm. Boşuna demirlər, həyat sürprizlərlə doludur” – deyə X. Sənanqızı yazıb.

Qeyd edək ki, Xədicə Sənanqızı AzTV-də yayımlanan “Gün başladı” verilişinin aparıcısıdır. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO