Akif İslamzadə 73 yaşını Zamiqlə qeyd etdi - FOTO

Akif İslamzadə 73 yaşını Zamiqlə qeyd etdi - FOTO

Hazırda oxunan: Akif İslamzadə 73 yaşını Zamiqlə qeyd etdi - FOTO

87543

Müğənni Zamiq Hüseynov Akif İslamzadə ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu gün 73 yaşına qədəm qoyan sənətkarı şam yeməyinə dəvət edən müğənni sosial şəbəkə hesabında onunla çəkdirdiyi fotoları izləyicilərlə bölüşüb.

Z.Hüseynov A.İslamzadənin doğum günü ilə bağlı təbrik postu paylaşıb.

“Sadə bir axşam yeməyi, amma bir axşama, bir gecəyə sığmayan düşüncələr, fikirlər, hörmət, sevgi, müdriklik, alicənablıq, böyüklük, zovq və sairə... Adi bir axşam yeməyi belə olsa, müdrik, zəkalı insanlarla zaman kecirəndə anlayırsan ki, zaman, vaxt, hər an önəmlidir, baxır kimlə zaman keçirirsən.

Bəzən oturduğun süfrədə barmaq qoymağa yer olmur, bir-birlərinə təriflər, təkəbbürlü insanlar və evə gələndə fikirləşirsən ki, mən necə də mənasız bir gecə kecirdim. Odur ki, oturduğun yer, məkan, bəzən yediyin yeməklər belə manasız olur, mənasız insanlarla.   
Sənətkar doğum gününüz mübarək, yaxşı ki varsız. Bir sözü heç vaxt yadımdan çıxmayacaq. Dedi ki, səsim batanda çox narahat oldum, çox ozümə qapandim, çox pis idim... Amma zaman keçdi, dedim ki, yaxşı kı, belə oldu. Mən anladım və gülümsədim. O, demək istədi ki, Allah hər insana öz işini zirvədə buraxmağı nəsib etsin”. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO