Şəbnəmin Nüşabəyə zəng vurması ona baha başa gəldi:

Şəbnəmin Nüşabəyə zəng vurması ona baha başa gəldi: " Sənin həyatını heç bir qadına arzu etmirəm " – VİDEO 

Hazırda oxunan: Şəbnəmin Nüşabəyə zəng vurması ona baha başa gəldi: " Sənin həyatını heç bir qadına arzu etmirəm " – VİDEO 

87246

Müğənni Nüşabə Musayevanın həmkarı Şəbnəm Tovuzlu haqda söylədiyi “Ondan zəhləm gedir, sünidir, “whatsapp”da blokdadır” sözləri şou-biznesdə növbəti qalmaqalın təməlini qoyub.

Bizim.Media xəbər verir ki, Şəbnəm qarşı tərəfin cavabını vermək üçün onunla əlaqə saxlayıb.

Tovuzlunun zəngini açmayan Musayeva telefonunun ekranını “screen” edərək sosial şəbəkə hesabında qarşı tərəfin ünvanını növbəti dəfə “daş qalaq” edib.

“Ay xanım, dincəlirəm. Xoşuna gəlməyən nüans varsa, get dediyin kimi şikayət elə. Hətta əlindən gələni ardına qoyma, nə demişəm əcəb etmişəm. Dediklərimin də arxasındayam. Qaldı mənə paxıllıq edir deməyinə, mən də sual verirəm - nəyinə, harana, kiminə?
Mənə lazım olacaq hər şeyə yüksək səviyyədə sahibəm. Nəyin var, özünə qismət. Sənə aid olan həyatı heç bir qadına, nə də ki özümə arzu etmirəm”.

Qeyd edək ki, Şəbnəm Tovuzlu haqqında kəskin ittihamlar səsləndirən Nüşabə Musayeva ilə bağlı hələ də heç bir şərh verməyib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO