Renka ÜSYAN ETDİ:

Renka ÜSYAN ETDİ: "Boşanmışam, özümə “stop” qoymalıyam?" - FOTO

Hazırda oxunan: Renka ÜSYAN ETDİ: "Boşanmışam, özümə “stop” qoymalıyam?" - FOTO

86907

“Uşaqlarımın atası ilə o vaxt ayrılanda lap pis baxırdılar. Hətta bir il qızımdan gizli saxladıq. O, öz həyatını yaşadı, mən isə öz həyatımı. Həmişə demişəm, deyəcəm də. Çox sağol ki, belə gözəl balalar mənə verdin”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Renka” ləqəbi ilə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova sosial şəbəkə hesabında yazıb.

Rəqqasənin sözlərinə görə, boşanmış qadının yenidən ailə qurması cəmiyyət tərəfindən müsbət qarşılanmır.

“Azərbaycanda dəhşətdir, boşandın bir uşaqla səni alan və sənə yiyə duran kimdir? Başa düşmədim, mənim özümə nə gəlib? Məgər o qədər zəifəm? 28 yaşında boşanmışam, demək artıq özümə “stop” qoymalıyam? Mən də qadınam, qayğı, nəvaziş, adi evdə divara mismar vurub xırda şeylərə mənə dəstək olmağını istəyirəm.

Deyirlər ki, yazıq oğlan boşanmış qız alıb, ailəsi ondan imtina edib, həyatı puç olub. Niyə axı biz xoşbəxt ola bilmirik? Burnumuzu başqasının həyatına soxmalıyıq?”. 
Qeyd edək ki, Rəna Ağamuradovanın Namiliya adlı bir qızı və Murad adlı bir oğlan övladı var. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO