Ukraynaya görə rusiyalı aktrisa ölkəni TƏRK ETDİ

Ukraynaya görə rusiyalı aktrisa ölkəni TƏRK ETDİ

Hazırda oxunan: Ukraynaya görə rusiyalı aktrisa ölkəni TƏRK ETDİ

86344

Rusiyalı aktrisa Çulpan Xamatova “RusDelfi” YouTube kanalına müsahibəsində Rusiyanı tərk etməyi əvvəllər planlaşdırmadığını bildirib.

Bizim.Media xəbər verir ki, sənətçi deyib ki, Ukraynada keçirilən xüsusi əməliyyata görə Latviyaya köçməyə “məcbur olub”.

"Bu, qaçılmaz idi" deyə Xamatova qeyd edib.

Aktrisa Latviyada düşdüyü şəraitdən şikayət etməyəcəyini deyib. Xamatova vurğulayıb ki, köçdükdən 4 ay sonra yeni dostlar və iş tapıb.

2022-ci ilin fevral ayının sonunda Çulpan Xamatova Rusiyanı tərk edərək uşaqları ilə birlikdə şəxsi evi olduğu Latviyaya köçüb. Yekaterina Qordeyevaya verdiyi müsahibədə gedişinin peşəkar həyatına təsir edəcəyini etiraf edib. Bununla belə, Xamatova başqa çarəsinin olmadığını bildirib.

Xatırladaq ki, Çulpan Xamatova 1 oktyabr 1975-ci ildə Kazan şəhərində anadan olub.

Milliyyətcə tatar olduğuna baxmayaraq bu dildə danışa bilmir.  Kiçik qardaşı Şamil Xamatov da aktyordur. On dörd yaşında Çulpan xristian dinini qəbul edib. O, 2012-ci ildən Rusiyanın Xalq artistidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO