“Müğənni olmaq ayıb deyil. Aysun pis iş görmür. Neynir ki? Mahnı oxuyub, klip çəkdirir. O üzdədir və bilirəm kimdir. Aysunun şəxsiyyəti mənə və hamıya bəllidir. O, mənim baş tacımdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılovanın həyat yoldaşı iş adamı Eşqin Cəlilov qonaq olduğu “YouTube”da yayımlanan “Tarix ilə Səmimi” layihəsində deyib.
Verilişin aparıcısı Tarix Əliyevin (Tolik) “Aysun ilə evlənəndən sonra hansısa dostlarını dost siyahından sildin?” sualına Eşqin belə cavab verib:
“Əgər mən hansısa dostumu dost siyahımdan silmişəmsə, demək ki, o mənə dost deyilmiş. Bəziləri “Müğənni Aysun ilə evləndi” kimi sözləri üzümə yox, arxamca dedilər. Belə sözləri üzümə Aysun haqda söyləyə bilməzlər. Qulağıma çatanda onlara belə sözlər danışdıqlarını dedim və onları uzaqlaşdırdım”.
Tolikin “Aysuna hansı qadağalar qoyursan?” sualına isə ifaçının həyat yoldaşı “Aysun elə bir insandır ki, ona qadağa qoymağa ehtiyac yoxdur. Özü hər şeyin yerini çox gözəl bilir. Xasiyyətimə də bələddir” fikirlərini bildirib.
Qeyd edək ki, sözügedən layihədə Aysun İsmayılova həyat yoldaşı Eşqinin illər əvvəl evləndiyini və bir qız övladının olduğunu açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:27 / 22.07.2022
Rəqsanənin kürəkəni: "Aysun baş tacımdır" - VİDEO
Hazırda oxunan: Rəqsanənin kürəkəni: "Aysun baş tacımdır" - VİDEO
Hazırda oxunan: Rəqsanənin kürəkəni: "Aysun baş tacımdır" - VİDEO
84885
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.