Əməkdar artist Nigar Şabanova həyat yoldaşı Xəyyam Qaragözovun ona qoyduğu qadağalardan söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi "Maqazin plyus" verilişinə müsahibəsində danışıb.
O, bildirib ki, həyat yoldaşı onun kişi məclislərinə getməsini qadağan edib:
"Xəyyam kişi məclislərinə getməyimə icazə vermir. Artıq elə bir yaş dönəmindəyəm ki, hər şeyin yerini bilirəm. Yaşıma uyğun olaraq həyatı dərk etmişəm. Bundan sonra uşaqlıq etmək ixtiyarım yoxdur. Onunla uyğunlaşmağa çalışıram. Həyat yoldaşımın fikirləri, sözü və istəyi bir neçə addım məndən öndədir".
Qeyd edək ki, Nigar Şabanova ötən il XTQ zabiti Xəyyam Qaragözovla ailə qurub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
19:58 / 18.07.2022
Nigar Şabanova həyat yoldaşının qadağalarından DANIŞDI - VİDEO
Hazırda oxunan: Nigar Şabanova həyat yoldaşının qadağalarından DANIŞDI - VİDEO
Hazırda oxunan: Nigar Şabanova həyat yoldaşının qadağalarından DANIŞDI - VİDEO
84321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.