Əminə ilə Pərviz arasında ÇAXNAŞMA:

Əminə ilə Pərviz arasında ÇAXNAŞMA: "BAYAĞIDIR!" - VİDEO

Hazırda oxunan: Əminə ilə Pərviz arasında ÇAXNAŞMA: "BAYAĞIDIR!" - VİDEO

84256

“Pərviz Bülbülə gözəl şairdir, qələminə güvvət. Amma o da zamanəyə uyğunlaşmaq üçün bayağı sözlərdən istifadə edir. Əslində heç hind musiqisinə də bənzəmir. Çünki Hindistanın gözəl musiqisi var. Bunun sözlərinin mənşəyi bəlli deyil”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin “Şourum” maqazin verilişinə müsahibəsində deyib.  

Sənətçinin qalmaqallı açıqlamasına meyxanaçı Pərviz Bülbülədən sərt təpki gəlib. Söz ustadı onu bayağılıqda qınayan Ə.Şirini cavabı ilə yerdən-yerə vurub. 

“Bayağı söz yoxdur. Bayağı ifaçı, təqdimat var. Oxuyub, klip çəkdirdiyim “Söz” mahnısı bayağı olsaydı, onu təqdim etməzdim. Əminənin bir mahnısını tanıyıram. O da ki, Röya ilə oxuduğu dueti. Bundan savayı xüsusi olaraq yadımda qalan mahnısı yoxdur. Amma Əminədən soruşsanız, o, mənim daha çox mahnılarımı bilir. Təklif olsa, Əminə Şirinlə duet oxuyaram”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO