Nadir Qafarzadə ölümdən döndü - Avtobus avtomobilini vurdu – VİDEO 

Nadir Qafarzadə ölümdən döndü - Avtobus avtomobilini vurdu – VİDEO 

Hazırda oxunan: Nadir Qafarzadə ölümdən döndü - Avtobus avtomobilini vurdu – VİDEO 

83263

Müğənni Nadir Qafarzadə xoşagəlməz hadisə ilə üzləşib.   

Bizim.Media xəbər verir ki, sənətçi "Şourum" maqazin verilişində bir müddət əvvəl keçirdiyi ağır qəzadan söz açıb.

Nadir bildirib ki, şəhərdə avtomobilini idarə edən zaman avtobuslardan biri onun üzərinə sürərək, nəqliyyat vasitəsini əzib.

"Sol yoldan sağa keçəndə avtobus gəldi və avtombilimi arxadan vurdu. Maşınım yerində fırlandı. Həyat yoldaşım da, uşaqlar da qışqırmağa başladılar.

Avtomobilim xeyli ziyan çəkib. Amma şükür, uşaqlarıma heç nə olmadı. Həyat yoldaşım çox qorxmuşdu. 3-4 gün sonra mənə polisdən zəng vurdular ki, cərimələnmisən. Həm öz avtomobilimin, həm də avtobusun cəriməsini ödədim".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO