Nazpəridən ETİRAF:

Nazpəridən ETİRAF: "Elə gecələrim olub ki, toydan qayıdıb blokda yatmışam" - VİDEO

Hazırda oxunan: Nazpəridən ETİRAF: "Elə gecələrim olub ki, toydan qayıdıb blokda yatmışam" - VİDEO

83222

Xalq artisti Nazpəri Dostəliyeva sənətə gəldiyi illərdə üzləşdiyi çətinliklərdən söz açıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə qonaq olduğu "Günün sədası" səhər şousunda danışıb. 

N.Dostəliyeva bildirib ki, toydan gecə saatlarında gəldiyində övladlarını yuxudan oyatmamaq üçün yaşadığı binanın blokunda yuxulayıb.

"Evdə hər şeyi özüm edirdim: yemək bişirib, paltar yuyurdum. Toydan gəlirdim uşaqlara yemək verib, məktəbə yola salırdım. Elə günüm olub ki, toydan gecə 2-3-də gəlmişəm. Uşaqlar yuxudan oyanıb qapını açmayıblar. Mən blokda yatmışam, səhərin açılmasın gözləmişəm.
Qonşularım deyib ki, "Niyə bizə gəlməmisən?". Heç kimi narahat eləmək istəməmişəm. Demişəm, saat zəng çalacaq, uşaqlarım Əli və Əkbər oyanacaq məktəbə gedəndə qapını açacaq. Övladlarım öz savadı ilə universitetə daxil oldu. Universiteti biri Almaniyada, digəri isə Moskvada bitirdi".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO