"Gecənin bu vaxtı insanları manipulyasiya edib bizə qarşı çevirirsən. Niyə? Çörəyinə bais oluram, dəstəkcini əlindən alıram, arxanca pis-pis hərəkətlər edirəm? Sən elədiklərini mən etmirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib.
Aktrisa növbəti dəfə aparıcı Azər Zahidlə “kəllə-kəllə”yə gəlib. Pərvin Azərin onun arxasınca danışmasına etiraz edərək, TikTok-da veriliş açmasını məsxərəyə qoyub.
Deyir, onları TikTok-dan çıxarmaq lazımdır. Onun da başı gedib. Sənin mənimlə nə işin var? Kim irəli gedirsə, gözünə girir. Başını sal aşağı TikTok-da verilişini apar. Gör, buranı nə qədər ciddiyə alırsan ki, burada veriliş açırsan.
Bu da “tutuzdurmaq” üçün bir variantdır. Adını çəkmirəm, adımı çəkmə, söhbətimi etmə. Mən qazandığım pulları qaziyə, xəstəyə verirəm. Yardıma möhtac olanla canlı yayım açıram, onlara qazandırıram. Amma sən etmirsən”.
Qeyd edək ki, A.Zahid P.Abıyevanın "TikTok"dan 35 min dollar pul qazanmasını absurd adlandıraraq, qarşı tərəfi yalan danışmaqda günahlandırıb.
Rəşad Əliyev, Bizim.Media