Günay musiqi ziyafəti verdi:

Günay musiqi ziyafəti verdi: "Konsertimə qiymətlər fantastik yox, əlçatandır - FOTO/VİDEO

Hazırda oxunan: Günay musiqi ziyafəti verdi: "Konsertimə qiymətlər fantastik yox, əlçatandır - FOTO/VİDEO

83014

Populyar estrada ulduzu Günay İbrahimli "Şazeli Bahçe"də canlı konsert proqramı ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, fanatlarına musiqi ziyafəti verən sənətçi gecədə onlara hitini səsləndirib.

Günay İbrahimli bildirib ki, avqustun sonuna kimi müxtəlif məkanlarda yay konsertlərini davam etdirəcək:

"Burada konsert vermək aparıcı Zümrüd Bədəlovanın təklifidir. Biz artıq yay konsertlərinə start vermişdik. Bu, o konsertlərdən biridir. Burada atmosfer bambaşqadır. Digər məkanlarda da çıxışlarım olacaq. Avqustun sonuna kimi açıq havada fərqli məkanlarda sil-silə konsertlərim olacaq".

Xarici görkəminə, xüsusi ilə səhnə geyimlərinə diqqətlə yanaşan müğənni bu günə də özəl hazırlaşdığını dilə gətirib:

"Konsertə çox tez hazırlaşmışam. Saçlarımı yarım saata dörd usta hazırlayıb, vizajım isə 1 saat yarıma edilib. Bu gün geyindiyim libas "İbrahimli boutigue" aiddir. "Dior"un ən son 2022-ci ilin kolleksiyasından birə-bir oxşarını ərsəyə gətirmişik. Hələ qiymət qoymamışıq. Amma bu libası satışa çıxardacayıq. Kim istəsə daha sonra gəlib əldə edə bilər. Hər zaman "oversize" kostyumlarda oluram. Modern tərzli geyimləri çox sevirəm. Bu dəfə seçimimi bu libas üzərində etdim. Tamaşaçılarım mənə baxanda əhvalları yüksələcək. Çünki müğənninin mahnıları qədər səhnə geyimi də çox önəmlidir".

Günay İbrahimli deyib ki, konsertlərlərini izləmək üçün qiymətlər münasibdir:

"Ailəmin başqa işləri olduğundan bu gün konsertimdə olmayacaqlar. Amma Alidə Mustafayeva, Şəhriyar Əbilov və digər dostlarım iştirak etmək üçün Zümrüdə müraciət etdilər. Gəliblər məni dinləməyə. Konsertlərimə qiymətlər fantastik deyil, əlçatandır, münasibdir. Bu səbəbdəndə hamı gələ bilər".

Rəşad Əliyev, Bizim.Media

 








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO