Nəzakət Teymurova 50 yaşını belə qeyd etdi – FOTO

Nəzakət Teymurova 50 yaşını belə qeyd etdi – FOTO

Hazırda oxunan: Nəzakət Teymurova 50 yaşını belə qeyd etdi – FOTO

82195

Xalq artisti Nəzakət Teymurova doğum gününü qeyd edib. 

Bizim.Media xəbər verir ki, 50 yaşına qədəm qoyan sənətçi sosial şəbəkə hesabında ad günü yığıncağından paylaşımlar edib.  

N.Teymurova qızı Nigarın hədiyyəsinin görüntülərini paylaşaraq, bunları yazıb. 

"Nigarımın doğum günümdə mənə hədiyyəsi… Halbuki həyatımın ən böyük hədiyyəsi elə Nigar özüdür. 50 ilimin böyük hissəsini Azərbaycan Milli Musiqisinə həsr etdim. 100 dəfə həyata gəlsəydim, yenə də həyatımı bu sənətə həsr edərdim. Doğum günümlə əlaqədar saysız-hesabsız təbriklərə görə bütün sənət dostlarıma, tələbələrimə, doğmalarıma təşəkkür edirəm". 
Xalq artistini özəl günündə yaxın rəfiqəsi, AzTV-nin keçmiş aparıcısı Ceyran Rəhimova iştirak edib.

Onunla birlikdə çəkdiyi şəkilləri paylaşan xanəndə “Dəyərlim, əzizim, gözəl bacım çox sağ ol, bugünki gün üçün. İllərin sınağından keçmiş gözəl gözlüm, hər şey üçün minnətdaram sənə" sözlərini əlavə edib. 

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO