“Mən ərzaq almağa xəsislik etmirəm. Hər şeyin yaxşısını artıqlaması ilə alıram. Amma israfa qarşıyam”.
Bizim.Media xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbrahimova ilə avtomobildə gedərkən sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib.
İzləyicilərin suallarını cavablandıran cütlük gündəlik xərclərindən söz açıb.
“Aylıq xərcim dəhşətli dərəcədə çoxdur. Xərc məsələləri hər kəsdə fərqlidir. Görməmişi doydurmaq olmaz. Pulu lazımlı şeylərə xərcləyin”.
Ayselin “İşdən çıxıb, ən azından restoranda 10 manatlıq yemək yemək olar” sözlərinə Hüseyn “İşdən çıxıb 80 manatlıq restoranda yemək yesən ürəyim partlayar”.
Mövzu ətrafında məsələni yumşaltmaq üçün klarnet ifaçısının aktrisa xanımı “Hüseyn zarafat edir. O dediyi qədər xəsis deyil. Elə olsa, ürəyim sıxılar” deyə fikirlərini bildirib.
Canlı yayımdan bir izləyicinin “Həyat yoldaşınızla yaş fərqiniz çoxdur?” sualına A.İbrahimova belə reaksiya verib.
“Hüseynlə mənim aramda çox yaş fərqi yoxdur. O, məndən 8 yaş böyükdür. Yaş fərqimiz əladır”.
Qeyd edək ki, Aysel İbrahimova Milli Dram Teatrının aktrisasıdır. Hüseyn Aysel cütlüyünün səkkiz ay əvvəl oğlan övladı dünyaya gəlib. Bu, Hüseynin ikinci evliliyidir. Onun birinci evliliyindən daha iki qız övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:59 / 04.07.2022
Hüseyndən həyat yoldaşına: “80 manatlıq restoranda yemək yesən, ürəyim partlayar” - VİDEO
Hazırda oxunan: Hüseyndən həyat yoldaşına: “80 manatlıq restoranda yemək yesən, ürəyim partlayar” - VİDEO
Hazırda oxunan: Hüseyndən həyat yoldaşına: “80 manatlıq restoranda yemək yesən, ürəyim partlayar” - VİDEO
82149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.