"Jony" Bakı konsertində ayrıldığı sevgilisindən danışdı: "Ulduz olmağımı istəmirdi" - VİDEO

Hazırda oxunan: "Jony" Bakı konsertində ayrıldığı sevgilisindən danışdı: "Ulduz olmağımı istəmirdi" - VİDEO

82038

Xəbər verdiyimiz kimi, ötən axşam "Sea Breeze Summer Live" musiqi festivalı çərçivəsində Rusiyanın məşhur azərbaycanlı pop ulduzu "Jony" (Cahid Hüseynli) Bakıda canlı solo konsert proqramı ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, ard-arda hitlərini səsləndirən sənətçi səhnədə yüzlərlə tamaşaçı önündə ilk dəfə şəxsi həyatı ilə bağlı etiraflar edib.

Repertuarında yer alan "Zvezda" nəğməsinin tarixçəsindən söz açan "Jony" bu mahnıda səhnə fəaliyyəti və şəxsi həyatının toqquşduğu anı dilə gətirib. Müğənni bildirib ki, ulduz olmaq istəsə də sevgilisi buna qarşı çıxıb və onlar ayrılıblar.

"Səhnə fəaliyyətimə başlamazdan əvvəl bir sevgilim vardı. Ona söyləyəndə ki, müğənniliyə başlamaq istəyirəm, etiraz etdi. Dedi ki, "Nəyə lazımdır?”. Sən ulduz olandan sonra biz səninlə nə küçədə, nə alış-veriş mərkəzində, nə də kafe və digər məkanlarda rahat gəzə biləcəyik". Cavab olaraq söylədim ki, "Həyat dəyişir. Nə edirəmsə, bizə görə və bəşəriyyətin xeyrinə edirəm. Qısası, ondan istədiyim dəstəyi ala bilmədim. Elə alındı ki, biz ayrıldıq. Ona deyirəm ki, bu həyatda kişilər hər şeyi qadınlar üçün edirlər. İndi oxuyacağım "Zvezda" mahnısında "Bəli, yoxa çıxıram. Az-az görüşməyə başladıq. Sənə daha az zaman ayırmağa başladım. Amma çalışıram ki, öz arzuma çatım".

Daha sonra pop ulduz sözügedən mahnı ilə bağlı fikirlərini belə davam etdirib.

"Altı yaşından müğənni olmağa can atmışam. İnsanlara öz mahnılarımı təqdim etmək istəmişəm. Və o möhtəşəm gün gəldi çatdı. Buna görə Allahıma təşəkkür edirəm. Bu nəğmənin sözlərində "Arzum göydəki ulduzu götürüb, sənə bağışlayım. Ulduz isə sənin yolunu aydınlaşdırıb, işıqlandırsın. Bəlkə yenidən gəlməsəm, qaranlıqda xəyalını gerçəkləşdirməyə çalışıram". Əziz qadınlar ərlərinizi, qardaşlarınızı və dostlarınızı hər zaman dəstəkləyin. Biz kişilərin siz qadınlara ehtiyacı var".

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO