Xalq artisti Tünzalə Ağayeva qatıldığı toy məclislərin birinə geyindiyi libası ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, tərzi və zövqü ilə həmkarlarından seçilən sənətçi qol, qarın dekolteli, öndən isə baldır nahiyyəsinə qədər uzanan dərin yırtmaclı qəhvəyi libası ilə diqqətləri üzərinə cəmləyib.
T.Ağayeva qulağını bəzəyən orta ölçülü halqa sırğaları, sadə vizajı və saç düzümü ilə "look"una şıqlıq qatıb. Xalq artistinin arıqlayaraq, "iynənin ucuna sap" olması da gözdən qaçmayıb.
Sosial şəbəkə hesabında toydan görüntülərini paylaşan pop ulduza izləyicilər təriflər yağdırıblar.
Rəşad Əliyev, Bizim.Media