“Doqquzuncu sinifin yayından başlamışam işləməyə. Vəziyyəti görürdüm, böyük oğlanam, qanırdım ki, ailəyə kömək lazımdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktyor Fərda Amin qonaq olduğu “Söz-baz” maqazin verilişində deyib.
Aktyor ilk qazancından söz açıb. Fərda bildirib ki, uşaqlıqda bazarda səyyar market kimi işləyib.
“Əvvələr hava limanının yaxınlığında bazar vardı. Bir tərəfində ərzaq, digər tərəfində isə paltarlar satılırdı. Ərzaq tərəfində dənə-dənə şokoladlar götürüb, boynumdan asırdım və bazarın qabağına çıxırdım. Topdan satış idi. Bazarın qutaracağında olan mağazaların məhsullarını götürürdüm, onlarla faiz danışırdım, deyirdim ki, “Sənə çöldən müştəri gətirəcəyəm”. Onların malı ilə çöldən alıcı tuturdum, gəlib məhz onlardan alırdılar. Onlar da mənə faiz verirdilər. Səyyar market idim”.
Verilişdə həmçinin F.Amin illər əvvəl dəbdə olan ağ şəpid almaq üçün aylarla işləyib pul yığdığını açıqlayıb.
“Əvvələr ağ və göy rəngdə üzəri deşikli şəpidlər vardı. Yay yeni başlamışdı, hamının artıq ayağında həmin şəpidlərdən vardı. Göy rəngli şəpidi geyinən isə heç kimə salam belə vermirdi. Qiyməti isə 1 “şirvan” 3 “məmməd” idi. O şəpidi almaq üçün çox işlədim. Pul yığırırdım. Elə oldu ki, pulumu yalnız sentyabr ayında yığıb-qutara bildim. Tezdən yuxudan durub, gördüm ki, hava artıq günəşli və isti deyil. Seçim elədim və həmin ağ şəpidi aldım. Avtobusa əyləşib, geri qayıtdım. İki dayancaqdan sonra pəncərəyə yağış başladı düşməyə. Şəpidləri küçəyə geyinə bilmədim. Onları yalnız blokda geyindim”.
Verilişin aparıcısı Zümrüd Bədəlovanın “Fərda hazırda xoşbəxtdir?” sualına F.Amin belə cavab verib.
“Hər gün xoşbəxt olmuşam, sadəcə nankor olmuşam. Ona görə də hər gün bağışlanmağımı istəyirəm. Seçimlər bizə aiddir. Seçimlərə görə, peşman olmaq olmaz. 2017-ci ildə evlənmişəm. O gündən bu günə məni içdən qınayan, təhqirlər yağdıranlar çox idi. Xüsusi quraşdırılmış adamlar da vardı. Ən azı 10 nəfər idi, indi yəqin utanırlar”.
Qeyd edək ki, Fərda Amin 2010-cu ildə Günel xanımla ailə həyatı qurmuşdu. Onların bu evlilikdən Mətin və Amin adlı iki oğulları var. Daha sonra aktyor onunla qalmaqallı şəkildə boşanıb. Bir müddət sonra ikinci dəfə evlənən F.Aminin bu nikahdan Raul və Rinat adlı oğlan övladları var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:08 / 28.06.2022
Fərda Amin: "Uşaqlıqda “səyyar market” idim" - VİDEO
Hazırda oxunan: Fərda Amin: "Uşaqlıqda “səyyar market” idim" - VİDEO
Hazırda oxunan: Fərda Amin: "Uşaqlıqda “səyyar market” idim" - VİDEO
81276
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.