Türkiyənin pop ulduzu Gülşən aldığı qonorarı və tərzi ilə gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, sənətçi may-sentyabr aylarında verəcəyi konsertlərdən ümümi olaraq 40 milyon TL (təxminən 3 milyon manat) qazanacaq.
Sözügedən konsertlər çərçivəsində ötən gecə Gülşen Çeşmedə klubların birində səhnə alıb.
Pop ulduz yenə də geyim tərzi ilə adından söz etdirib. Yaşıl rəngli ultra "top" və leopard printli dar lasinlə səhnəyə çıxan ulduzun geyim tərzi müzakirə predmetinə çevrilib.
Belə ki, səhnədə ifası zamanı çılğın hərəkətlər edən Gülşenin büstqaltersiz olması diqqətdən qaçmayıb. Ara-sıra onun sinəsinin alt hissəsi fotokameralara yansıyıb.
Sənətçinin daha da arıqlayaraq 48 kilo çəkiyə düşdüyü açıqlanıb.
Rəşad Əliyev, Bizim.Media