Pyer Narsislə vida mərasimində qalmaqal yaşandı

Pyer Narsislə vida mərasimində qalmaqal yaşandı

Hazırda oxunan: Pyer Narsislə vida mərasimində qalmaqal yaşandı

81008

Rusiyanın məşhur qaradərili müğənnisi Pyer Narsis ilə vida mərasimində qalmaqal yaşanıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, fanatları “Şokoladlı dovşan” hitinin ifaçısı ilə vidalaşmaq üçün Moskvada yerləşən 1 saylı Mərkəzi Klinik Xəstəxanasının binasına gəlsələrdə, üzlərinə qapı açılmayıb.

Qurumdan bildirilib ki, mərhumla vida mərasimi texniki problemlərə görə gələn həftənin çərşənbə gününə keçirilib. Belə ki, vida mərasimi saat 12-dən 15-ə kimi baş tutacaq.

Müğənni Milena Deyneqa problemin Pyerin tarixi vətəni - Kamerun dövlətinin təmsilçilərində olduğunu bildirib.

Sənətçinin sözlərinə görə, müğənninin həmyerliləri onun əcdadlarının torpağında deyil, Rusiyada dəfn olunacağından qorxurdular.

Qeyd edək ki, P.Narsisin nəşi Rusiyadan Kameruna göndəriləcək və orada dəfn ediləcək. Pyer Narsis 45 yaşında vəfat edib. Ona böyrək və ürək çatışmazlığı diaqnozu qoyulub. Sənətçiyə ürək qapağının dəyişdirilməsi lazım olsa da, o, əməliyyat zamanı dünyasını dəyişib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO