Nuranın Amerikada yaşayan oğlunun toyu niyə olmadı? - VİDEO 

Nuranın Amerikada yaşayan oğlunun toyu niyə olmadı? - VİDEO 

Hazırda oxunan: Nuranın Amerikada yaşayan oğlunun toyu niyə olmadı? - VİDEO 

80826

“Oğlum Xosrovun oktyabr-noyabr aylarında Bakıda toyu olmalı idi. Xosrovun “Travel - Green card”ı var. Həmin sənədi bir illik verirlər. Altı aydan sonra isə ölkədən çıxa bilməzsən. Uzağı Meksikaya gedib-gələ bilərsən. Altı aydan az vaxt qalanda başqa ölkəyə giriş qadağan olunur. O sənədi isə almaq üçün müraciət edəndə az zaman qalmışdı. Sənəd alanda minimal 150 gün hesablanır”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri qonaq olduğu “10-dan sonra” səhər şousunda deyib. 

Sənətçi verilişdə böyük oğlu Xosrovun toyundan söz açıb:  

“Orada sənəd almaq asan deyil. Oğlumun toyunun vaxtını indidən danışmalıyam. Çünki qarşıdan “Məhərrəmlik” ayı gəlir. Toyu “Məhərrəmlik” ayından sonra etməyi düşünürük. O vaxtadək sənədi almasalar, Bakıya gəlmələri problem olacaq. Gözləməliyəm ki, sənəd alınsın”.

Nura bildirib ki, oğluna toyu yalnız onun Amerikada sənət işlərini qaydasına qoyduğu təqdirdə edə bilər:  

“Amerikada olanda Xosrova dönə-dönə sənəd işlərini düzəltməyi tapşırdım. Onun sənəd işləri ilə o qədər də arası yoxdur. Ona görə tam arxayın deyiləm ki, o sənədi nə zaman alacaq, Bakıya haçan gələcək və toyu hansı tarixdə edəcəyik. İndi gözləyirəm. Hər şey oğluma bağlıdır.

O, Azərbaycan pasportu ilə də oradan çıxa bilmir. Çünki Xosrovun şəxsiyyət vəsiqəsinin və xarici pasportunun vaxtı bitib. Azərbaycanın ABŞ-dakı səfirliyinə müraciət etmişik. Dedilər ki, xarici pasportu buradan verə bilirik, lakin şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyindən, o mütləq Bakıya qayıtmalıdır”.  
Qeyd edək ki, Nura Surinin David, Xosrov və Möhsen adlı üç oğlu var. David anası ilə Bakıda, digərləri isə hazırda xaricdə yaşayır.  

Rəşad Əliyev, Bizim.Media

 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO