Seda Sayan əri ilə birgə estetik əməliyyat keçirdi – FOTO

Seda Sayan əri ilə birgə estetik əməliyyat keçirdi – FOTO

Hazırda oxunan: Seda Sayan əri ilə birgə estetik əməliyyat keçirdi – FOTO

80245

Yeddinci dəfə ərə gedən Türkiyəli müğənni Seda Sayan həmkarı, həyat yoldaşı Çağlar Öktenlə birgə bıçaq altına uzanıb.

Bizim.Media xəbər verir ki, sənətçi illər əvvəl sinəsinin həcmini böyütmək üçün istifadə etdiyi silikonlarını dəyişdirərək, yenisi ilə əvəzləyib. 

Ökten isə xarici görkəminə əl gəzdirib. O, başının ön hissəsinə saç əkdirib.  

Cütlük əməliyyat olunduğu xəstəxananın palatasında fotolarını sosial şəbəkə hesabında paylaşaraq, hazırda özlərini yaxşı hiss etdiklərini bildiriblər.   

Qeyd edək ki, Seda Sayan özündən 25 yaş kiçik həmkarı Çağlar Öktenlə bir neçə ay əvvəl nikah masasında əyləşərək, münasibətlərini rəsmləşdiriblər. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO