“Şəbnəm Qəhrəmanovanın səsi çox gözəldir. Onun səsini və sənətini “Ağır cəza” mahnısından sonra sevmişəm. Şəbnəmin indi dinlədiyimiz “Ahım” nəğməsini eşitməmişdim. Amma bu mahnını da bəyəndim”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli qonaq olduğu “Şourum” maqazin verilişində deyib.
Sənətçi aylar əvvəl qalmaqal yaşadığı xanım həmkarının ünvanına təriflər yağdırıb.
“İndi münasibətlərimiz normaldır. Aramızda müəyyən hadisələr yaşandı. Keşkə olmazdı. Zaman-zaman emosiyalarıma sahib ola bilmirəm. Mən də süddən çıxmış ağ qaşıq deyiləm. Addımlarımdan sonra peşmançılıq çəkən biriyəm. Bunu danmıram.
Heç vaxt kimdənsə üzr istəməmişəm. Amma lazım olsa, üzr istəməyə hazıram. Çünki üzr istəmək insanın böyüklüyüdür. Şəbnəm də gərək insanın yaşına-başına baxıb söz deyərdi. O zarafat da olsa, gərək olmayaydı. Oldu, keçdi. Allah günahımıza yazmasın”.
Aparıcı Afaq Gəncəlinin “”Play” listinizə hansı müğənninin mahnısını əlavə edərsiniz?” sualına isə V.Məhərrəmli Ş.Qəhrəmanovanın adını açıqlayıb.
“Səs, mahnı və iş baxımından yanaşsaq, burada heç bir şüuraltı olmadan, heç bir arxa fikir olmadan mən Şəbnəmin adını seçirəm. Onun “Ahım” mahnısını da, klipini də çox bəyəndim”.
Qeyd edək ki, müğənni Ş.Qəhrəmanovanın illər əvvəl "Lider mən" verilişində Əməkdar artist Vasif Məhərrəmlini xəsis adlandırması və qarşı tərəfin cavab olaraq "Ailəli deyilsən, amma uşağın var. Bəs bu uşağın atası kimdir?" cavabı ikili arasında böyük qalmaqala səbəb olmuşdu.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:41 / 20.06.2022
Vasif Şəbnəmlə \"buzları\" əritməyə çalışdı: \"Süddən çıxmış ağ qaşıq deyiləm\" - VİDEO
Hazırda oxunan: Vasif Şəbnəmlə \"buzları\" əritməyə çalışdı: \"Süddən çıxmış ağ qaşıq deyiləm\" - VİDEO
Hazırda oxunan: Vasif Şəbnəmlə \"buzları\" əritməyə çalışdı: \"Süddən çıxmış ağ qaşıq deyiləm\" - VİDEO
80020
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.