"Xəbərlər yayılıb ki, güya mən qızım Aysunun Bakıda olacağı toyunda iştirak etməyəcəyəm. Bu, yalan xəbərdir".
Bizim.Media xəbər verir ki, bu sözləri Rusiyadan Vətənə bir müddətlik geri qayıdan müğənni Rəqsanə İsmayılova "Şourum" maqazin verilişinə müsahibəsində deyib.
Sənətçi Aysunun Bakıda keçiriləcək toyunda ona özəl hədiyyə bağışlayacağını açıqlayıb.
"Aysunun toyunda iştirak edəcəyəm, amma cavanlarla orada əylənəsi deyiləm. Təbrik edib, hədiyyəmi verib, çıxıb gedəcəyəm. Aysuna özəl bir hədiyyəm olacaq. Onu böyüdüb, boya-başa çatdırmışam. Ona böyük bir hədiyyə bağışlamağa dəyər".
Rəqsanə kürəkəni Eşqinin qızı Aysunla evlənmələrinə öncə qarşı çıxsa da, sonra məhəbbətin qalib gəldiyini vurğulayıb.
"Həyat yoldaşım Fazil Əmiraslanov istədi ki, Eşqinlə özü şəxsən görüşsün. Elə də oldu. Onlar görüşdülər. Eşqin Fazil bəylə danışdı. Eşqini birinci mən tanımışam. İlk başdan onların evliliyinə razı deyildim. Sonra gördüm ki, "Onların sevgisinin qarşısını kəsə bilmərəm".
İsmayılova haqqında sosial şəbəkələrdə yazılan "Qaynanadır, amma açıq-saçıq geyimlər geyinir, "Kürəkənin var..." rəylərə də münasibət bildirib.
"Mən müğənni adamam. Mənim 100 kilo çəkim yoxdur ki, açıq-saçıq geyinməyim. Burada nə var ki?! Rusiyada yaşayıram. Qısa ətək də, şort da geyinə bilərəm. Deyirlər ki, kürəkəni var, şort geyinir. Eşqin isə deyilənləri gülüşlə qarşılayır. Eşqin söyləyir ki, "Ay müdir, keyf elə, nə istəyirsən geyin".
R.İsmayılova oğlu Muhammədə tezliklə Bakıda kiçik toy edəcəyini də açıqlayıb.
"Daha iki ay Azərbaycanda olacağam. Oğlum Muhammədə kiçik toy edəcəyəm. Buna görə də burada işlərim çoxdur. Kiçik toyda Türkiyədən də, Rusiyadan da müğənnilər iştirak edəcək. Az sayda seçmə sənətçilərimiz də oğlumun özəl gününə dəvətlilər sırasında olacaqlar".
Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib. Müğənninin hazırda dörd övladı var.
Rəşad Əliyev, Bizim.Media