Mərhum Xalq artistinin xaricdə təhsil alan qızı:

Mərhum Xalq artistinin xaricdə təhsil alan qızı: "Dövlət qurumunda çalışmaq istəyirəm" - VİDEO 

Hazırda oxunan: Mərhum Xalq artistinin xaricdə təhsil alan qızı: "Dövlət qurumunda çalışmaq istəyirəm" - VİDEO 

79819

"Mən Türkiyənin Ankara şəhərində "Hacettepe" universitetində ingilis dilində "Siyasi-elm və dövlət idarəçiliyi" fakültəsində təhsil alıram.  

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Hacıbaba Bağırovun qızı Şölə ailəsi ilə birlikdə qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.  

"Hər zaman siyasətə marağım olub. İnsan və öz hüquqlarımı bilmək üçün və həm həyatda, həm də gələcəkdə mənə kömək olacaq. Bu universitetdə oxumaq asan deyil. Çətindir, məsuliyyətlidir, amma çalışmaq lazımdır" - deyə, Xalq artistinin qızı bildirib.
Verilişin aparıcısı Zaur Baxşəliyevin "Gələcəyini harada görürsən?" sualına Şölə "Azərbaycanda görürəm. Amma təhsil almaq üçün Türkiyəni seçdim" - deyə fikirlərini belə davam edib: 

"Hər zaman dövlət işçisi olmaq istəmişəm. Dövlət qurumlarında çalışmaq istəyirəm. Öz seçdiyim sahəyə uyğun olaraq, insanlara yardım etmək istəyirəm. Onların problemlərinin həll olunmasında yardımçı olmaq istəyirəm".  

Şousunun digər aparıcısı Günay Baxşəliyevanın Hacıbaba Bağırovun həyat yoldaşına ünvanladığı "Xalq artisti qızını hansı sahədə görmək istəyirdi?” suala isə Arzu xanım belə cavab verib:  

"Hacıbaba Şölənin həkim olmasını istəyirdi. Amma Şölə hər şeyi ürəyinə salan uşaqdır. Hər zaman evdə olur, qorxaq uşaqdır. Düşündüm ki, Şölə üçün çox çətin olar həkimlik peşəsi. Bir də həkimlərin əziyyətini gördüm. Onlar illərlə universitetdə təhsil alırlar. Həkim olmaq çox böyük məsuliyyət və stressdir". 
Qeyd edək ki, görkəmli teatr və kino aktyoru, SSR Xalq artisti 74 yaşında oktyabrın 4-də 2006-cı ildə dünyasını dəyişib.  

Rəşad Əliyev, Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO