"Disney Plus"da Can Yaman ilə jurnalist "kəllə-kəlləyə" gəldi - VİDEO 

Hazırda oxunan: "Disney Plus"da Can Yaman ilə jurnalist "kəllə-kəlləyə" gəldi - VİDEO 

79385

Ötən axşam “Disney Plus”ın təqdimat gecəsində qalmaqallı anlar yaşanıb.  

Bizim.Media xəbər verir ki, tədbirə qatılan xarizmatik aktyor Can Yaman ilə şou müxbiri Akif Yaman arasındakı insident “Disney Plus”ın təqdimatına damğa vurub.

Belə ki, Can Akiflə salamlaşsa da, qarşı tərəf onun salamını almayıb. Jurnalist tərəfindən saymamazlıq görən aktyor media əhlinin onu çəkməməsini istəyib.  

Sosial media əhli bu qalmaqallı olayda fikir ayrılıqlarına gəliblər. Kimi Can Yamanın tərəfini tutub, kimi də jurnalistə haqq qazandırıb. Daha sonra Can Yamanla gərginlik yaşayan Akif Yaman sosial media hesabında “Salam aldım, almadım, Türkiyə mətbuatı olaraq onu çəkmək istəmədik və getməli oldu” – deyə paylaşım edib. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO