“Hiss” ləqəbi ilə məşhurlaşan müğənni Röya Məmmədova aldığı yeni evindən danışıb.
Bizim.Media xəbər verir ki, Mərdəkanda özünə geniş həyəti olan bir mərtəbəli villa alan gənc ifaçı “Şourum” maqazin verilişində müsahibəsində uzun illər kirayədə yaşadığını dilə gətirib.
“İlk evimdir. Buna görə çox xoşbəxtəm. Evin pulunu qəpiyinə kimi özüm ödəmişəm. Özüm-özümdən qürur duyuram. Həyət evini çox sevirəm. Yaşıllığı, gülləri, rəngli yerləri çox sevirəm. İllərlə kirayədə qalmışam. 1500 manat kirayə pulu ödəmişəm” – deyə sənətçi qeyd edib.
Rəşad Əliyev, Bizim.Media