Corcina Ronaldosuz əkizlərinə doğum partisi keçirdi - FOTO/VİDEO 

Corcina Ronaldosuz əkizlərinə doğum partisi keçirdi - FOTO/VİDEO 

Hazırda oxunan: Corcina Ronaldosuz əkizlərinə doğum partisi keçirdi - FOTO/VİDEO 

78059

Ötən həftə sonu 37 yaşlı dünya futbolunun ulduzu Kriştianu Ronaldo və nişanlısı Corcina Rodrigezin əkiz övladları Mateo və Eva 5 yaşlarını qeyd ediblər.  

Bizim.Media xəbər verir ki, Corcina sosial şəbəkə hesabında surroqat ananın köməyi ilə doğulan əkizlərinin doğum günü partisindən çəkilən foto və videolarını paylaşıb.  

“5 yaşınız mübarək əzizlərim. Ana sizinlə fəxr edir. Necə gözəlləşirsiniz. Sizi bütün qəlbimlə sevirəm” - deyə, futbolçunun sevgilisi yazıb.  

Paylaşılan görüntülərdə Ronaldonun olmaması isə nəzərdən qaçmayıb. Onun doğum günündə olmaması futbolçunun hazırda sıx qrafikinin olması ilə əlaqələndirilib.  

Kriştianu hazırda “Millətlər Liqası”nın qrup mərhələsində Portuqaliya yığmasında oynayır.  

Qeyd edək ki, aprelin 18-də Kriştiano və Corcinanın əkiz övladları dünyaya gəlib. Onlar qızlarına Bella Esmeralda adı veriblər. Əkizlərdən oğlan uşağı isə dünyasını dəyişib.  

Rəşad Əliyev, Bizim.Media
 


 











 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO