Xalq artisti övlad itkisi ilə üzləşdi:

Xalq artisti övlad itkisi ilə üzləşdi: "Bu dərdi hər zaman çəkəcəm..." - VİDEO

Hazırda oxunan: Xalq artisti övlad itkisi ilə üzləşdi: "Bu dərdi hər zaman çəkəcəm..." - VİDEO

77989

"Hər bir dərdə, çətinliyə, dözmək olar. Amma övlad itkisinə dözmək çox ağırdır. Allah heç bir ananı övladı ilə imtahana çəkib, gözü yaşlı qoymasın. Çünki bunları mən yaşamışam".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova qonaq olduğu "Bizimləsən" ictimai-sosial proqramda deyib. 

Sənətçi verilişdə şəxsi həyatı ilə bağlı gizlinləri üzə çıxarıb. Belə ki, 67 yaşlı Xalq artisti İllər əvvəl övlad itkisi ilə üzləşdiyini etiraf edib:

"Nə qədər əməliyyatlar keçirtmişəm. Başıma min müsibət gəlib, amma mən televiziya vasitəsi ilə heç kimdən nəsə istəməmişəm. O qədər problemlərim var ki... Problemlər üçün buraya çıxmamışam. Hər zaman tamaşaçılara gülüş bəxş eləmişəm. İstəmirəm ki, içimdəkilərin cüzi hissəsini belə tamaşaçılar hiss eləsin".

Verilişin aparıcısı Zaur Baxşəliyevin, "Siz oğlan övladınızı itirmisiniz?" sualına F.Mahmudova belə cavab verib:

"Bu haqda danışmaq istəmirəm. Mən o əzabı (red. övlad itkisi) çəkmişəm. Ömrüm boyu da o əzabı çəkəcəyəm".

Qeyd edək ki, Xalq artisti Fatma Mahmudovanın İntizar və Nigar adlı iki qız övladı var.

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO