Murad Arifin bağına ayı girdi - VİDEO 

Murad Arifin bağına ayı girdi - VİDEO 

Hazırda oxunan: Murad Arifin bağına ayı girdi - VİDEO 

77654

Bəstəkar-müğənni Murad Arifin Bakıdakı bağ evinin həyətinə ayı balası girib. Bu haqda sənətçi sosia...

Bəstəkar-müğənni Murad Arifin Bakıdakı bağ evinin həyətinə ayı balası girib. Bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat verib.  

Hadisə ilə bağlı Bizim.Media-nın əməkdaşı Murad Ariflə əlaqə saxlayıb.  

O, baş verən qorxu dolu hadisəni belə nəql edib:

"Novxanıdakı bağ evimdə idim. Səhər saat beşin yarısı idi. Hardansa ayı balası peyda oldu və başladı nərildəməyə. Bala olmasına baxmayaraq "Alman ovçarka" itimiz Marsinə hücum edirdi. İt də başladı hürməyə. Bir müddət keçdikdən sonra ayı balası gözdən itdi. Çox qorxulu bir hadisədir. Aidiyyətı qurumlar bu məsələni nəzərətə götürməlidirlər. O ayı insanlara hücum çəkə bilər".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO