“Nə Əli, nə də ki Əkbər icazə vermədi onlar üçün filankəsə ağız açım” – Nazpəri - VİDEO  

“Nə Əli, nə də ki Əkbər icazə vermədi onlar üçün filankəsə ağız açım” – Nazpəri - VİDEO  

Hazırda oxunan: “Nə Əli, nə də ki Əkbər icazə vermədi onlar üçün filankəsə ağız açım” – Nazpəri - VİDEO  

76594

“Səkkiz nəvəm var. İki qızım və bir oğlum var. Qızlarım ailəlidir. Hər qızımın 4 uşağı var. Oğlum Orxan hələ subaydır, evlənməyib. Kimi gözləyir, bilmirəm?!” 

Bizim.Media xəbər verir ki, bu sözləri Zeynəb Dostəliyeva bacısı Xalq artisti Nazpəri Dostəliyeva ilə qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda deyib.  

Oğlunu evləndirə bilməməsindən şikayətlənən sənətçi özünün və bacısının ailəsindən canlı efirdə söz açıb.  

“Orxan Azərbaycanda deyil. Xarici ölkədə yaşayır. Şirkətlərin birində çalışır. Moskvada hüquq təhsili alıb. Dörd dildə səlist danışır. Oğlum döyünən ürəyim, nəfəsimdir. Amma Orxanı evəndirə bilmirik. Mayın 24-ü onun 30 yaşı oldu. Rəhmətlik bacımın oğlu Əli mayın yeddisində anadan olmuşdu. Əkbər isə mayın 14-ü doğulub”.  

Ötən il dünyasını dəyişən oğlu Əlinin itkisi ilə barışa bilməyən Nazpəri Dostəliyeva ikinci oğlu Əkbərdən və onun ailəsindən söhbət açıb.  

“Oğlum Əkbər konsertlərimdə oxuyurdu. O, Heydər Əliyev Sarayında keçirilən “Pührə-1995” mahnı yarışmasında çıxış etmişdi və birinci yerə layiq görülmüşdü. O zaman həmin müsabiqədə tamaşaçı qismində iştirak edirdim. Oğlum müğənni olmaq istəmədi. O, başqa sənəti seçdi. Təhsil almağı, oxumağı sevir. O, Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin magistr pilləsini bitirib. Moskvada Q.V.Plexanova adına Rusiya İqtisadiyyat Universitetini bitirib. Əkbər rus dilində təhsil alıb. Öz ixtisası üzrə çalışır”.  

O sonra deyib ki, nə Əli, nə də ki Əkbər bir dəfə də olsun demədilər ki, ana kiməsə de, bu işimizi düzəltsin.  

“Onlara söyləmişəm ki, burada ayıb heç nə yoxdur. Mən də Azərbaycanın, xalqın qızıyam, ağız açım sizə kömək etsinlər. Heç zaman icazə verməyiblər. İkisi də yüksək təhsil aldılar, oxudular, özlərinə iş tapdılar. Ailələrinə baxırlar. Oğlum Əkbərin heç kimə ehtiyacı yoxdur. Yeri gəlsə, anasını da saxlayar, amma...”.  

Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO