\

\"Avroviziya\" təmsilçisi Samirə Əfəndi: \"Özümə dedim ki, \"həcixanımlığını\" yığışdır\"

Hazırda oxunan: \"Avroviziya\" təmsilçisi Samirə Əfəndi: \"Özümə dedim ki, \"həcixanımlığını\" yığışdır\"

76330

"Tezliklə klip çəkilişlərinə başlayacağam. Pandemiyadan sonra qiymətlər "dəvənin beli"ndədir. Hər hansısa bir işə pul qoyuramsa, bunu ürəklə edirəm. Eybi yoxdur indi qarşılığını görməsəm də, zamanı gələndə o pulu çıxardacağam. Hər şeyin öz zamanı var. "Seeya" ilə oxuduğum "Tocame" adlı mahnıya və çəkdiyimiz klipə dörd sıfırlı bir rəqəm xərclədim. Nə olsun?! Avroviziyada oxuduğun "Matahari" mahnısından pul qazanmıram. Çünki o mahnının haqları məndə yox, "EBU"dadır. Amma buna görə məyus olmuram. Çünki "Matahari" məni dünyaya tanıtdı. Mən artıq sərhədi keçəndə insanlar məni tanıyırlar, bu isə mənə sevinc bəxş edir".  

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Azərbaycanı iki dəfə 2020-ci ildə "Kleopatra", 2021-ci ildə isə "Matahari" nəğməsi ilə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən, gənc müğənni Samirə Əfəndi deyib.  

İfaçı Norveç təmsilçisi "TİX"la (Andreas Haukeland) münasibətlərindən bəhs edib. Əfəndi barmağındakı brilliant üzüyü xarici həmkarından deyil, rəfiqələrindən hədiyyə aldığını vurğulayıb:

"Münasibətimiz əladır. Tiks qəlbi insan olaraq fəth edib. Bizim münasibətimizi Tikslə çox şişirtdilər. Barmağımdakı brilliant üzük mənim öz üzüyümdür. Tiks hədiyyə etməyib. Rəfiqələrimin doğum günü hədiyyəsidir. Qiymətini onlar mənə demirlər ki, öyrənsəm deyərəm ki, ondansa, o pulu mənə verərdiniz (gülür). Cavan, gözəl qızam, hamı mənimlə ünsiyyət qurmaq istəyir. Bəylərdən gələn sevgi təkliflərini xoş qarşılayıram. Heç kimi acılamıram".  

Samirə Əfəndi qazancının əsas hissəsinin reklamlardan gəldiyini açıqlayıb:

"Samirə daha çox reklamlardan pul qazanır. Alkoqollu içkinin reklamına çəkilmişəm. Özümə dedim ki, bəsdir Samirə, "həcixanımlığını" yığışdır. İşləyib, pul qazanmaq lazımdır. Bilirsiniz ki, mən şokolad reklamına da çəkilmişəm.
O reklam mənə çox pul qazandırdı və müqaviləni də mənimlə uzatdılar. Ara-sıra xüsusi tədbirlərə ödəniş müqabilində dəvətlər alıram. Mənim bir qiymətim var. O qiymətdən də çalışırıq aşağa düşməyək. Mən toya da gedirəm. Tək də gedirəm, rəqs qrupu ilə də. Amma böyük komanda şəklində gedəndə, qonorarda yüksəlir". 

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO