Fatimə Zauru tava ilə döydü: “Başıma qan sızdı...” – VİDEO  

Fatimə Zauru tava ilə döydü: “Başıma qan sızdı...” – VİDEO  

Hazırda oxunan: Fatimə Zauru tava ilə döydü: “Başıma qan sızdı...” – VİDEO  

76263

“Zaur yadına gəlir, sənin başında tava sındırmışam?” 

Bizim.Media xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.  

Fatimənin bu açıqlamasından sonra verilişin aparıcısı Zaur Kamal baş verən hadisəni belə nəql edib.  

“Fatiməni əsəbiləşdirmişdim. O da acığını məndən belə çıxmışdı. Səhnəcik qurulmuşdu. Evə kimsə daxil olur. Fatimə də bilmir, əlindəki ağır tavanı başıma vurdu. Ondan sonra başımda fındıq boyda şiş çıxıb”.  

Söhbət əsnasında rəqqasə əlini aparıcının başına aparıb. Şişə əli ilə toxunan Fətəliyeva təəccübünü gizlədə bilməyib.  

O, “Zaur düzünü de, bu şiş mənlikdir?” - deyə Z.Kamala sual ünvanlayıb.  

Aparıcı isə cavabında “Atam canı o zamandan bəri başımda şiş qalıb. Tavanı elə vurdun ki, elə bildim başıma qan sızdı”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO