Hüseyn Məhəmmədoğlu:

Hüseyn Məhəmmədoğlu: "İlk evliliyimdən olan qızlarımın sona kimi arxasındayam" - FOTO/VİDEO

Hazırda oxunan: Hüseyn Məhəmmədoğlu: "İlk evliliyimdən olan qızlarımın sona kimi arxasındayam" - FOTO/VİDEO

75564

"Mən ikinci dəfə ailə qurdum. Çünki, avaralanmağı sevmirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "MTV Maqazin" verilişinə müsahibəsində deyib.

"Ailə sevən bir insanam. Zərərli vərdişlərdən uzağam. Nə içki içirəm, nə də siqaret çəkirəm. bundan sonra problemlər olmasın".

Ötən il Azərbaycan Dövlət Milli Dram Teatrının aktrisası Aysel İbrahimovla evlənən Hüseyn, xanımı ilə bir-birilərini tamamladıqlarını və xoşbəxt ailə həyatı sürdüklərini bildirib.

H.Məhəmmədoğlu birinci evliliyindən olan qız övladları ilə yaxşı münasibətdə olduğunu söyləyib. 

"Çalışıram ki, soyuqluq olmasın. Çünki ilk evliliyimdən doğulan qız övladlarımın sona kimi arxasındayam. Onlara mənim canım da qurban".

Qeyd edək ki, Hüseyn Aysel cütlüyünün bir il əvvəl oğlan övladı dünyaya gəlib. 

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO