“Evimdə qarğış ola bilməz” - Məleykə Əsədova 

“Evimdə qarğış ola bilməz” - Məleykə Əsədova 

Hazırda oxunan: “Evimdə qarğış ola bilməz” - Məleykə Əsədova 

75171

“Evimdə qarğış ola bilməz. Bəxtəvərsən sözünü deməyi qadağan etmişəm. Heç kim evimdə bəxtəvərsən sözünü deyə bilməz”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova qonaq olduğu “Birincisən” verilişində deyib.

Qızı Gülərin təhsilindən söz açan M.Əsədova onun xaricdə oxumasına qarşı çıxdığını bildirib:

“Qızım böyüdükcə zamanım daha da azalıb. Üzərimdə böyük məsuliyyət var. Qızımın 17 yaşı var. Onun üzərində diqqətim çoxdur. Universitetə hazırlaşır. Qızım xaricdə təhsil almaq istəsə də, onu xaricə getməyə qoymaram. O indi ADA məktəbində təhsil alır. Sənədlərini də ADA universitetinə verəcək. Qızım ingilis dilində oxuyur. Müasir görünsəm də, amma internet zamanını qəbul edə bilmirəm. Çünki insanlar arasında ünsiyyət azalıb. İnsanlar bir-birinə qarşı istiliyi unudub”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO