“Onların yazdığı mənə maraqlı deyil” – Sevdadan tənqidlərə REAKSİYA

“Onların yazdığı mənə maraqlı deyil” – Sevdadan tənqidlərə REAKSİYA

Hazırda oxunan: “Onların yazdığı mənə maraqlı deyil” – Sevdadan tənqidlərə REAKSİYA

74289

“Haqqımda yazılan mənfi rəylər yox dərəcəsindədir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva qonaq olduğu “Tam vaxtıdır” gecə şousunda deyib.  

Sosial şəbəkələrdə haqqında yazılan şərhlərdən söz açan sənətçi izləyicilərin mənfi rəylərinə fikir vermədiyini bildirib:

“İnsanlar məni tanımaya-tanımaya xoş şərhlər yazırlar. Bunu sosial şəbəkə hesabımda açdığım canlı yayımlarda və paylaşımlarıma yazılan şərhlərdə görürəm. O qədər müsbət məktublar yazırlar ki... Ürək bulandıran məktublar da olur. Amma onların yazdıqları mənə maraqlı deyil. Çünki o fikirlər heç gözə görünmürlər”.  

O sonra əlavə edib: “Məni xoşbəxt edən insanların sevgisidir. Hər an bunu hiss edirəm. Ailəmdə və işimdə çox xoşbəxt və uğurluyam. Hamıya həyatında, həm də işində xoşbərt və uğurlu olmağı arzu edirəm”.  

Qeyd edək ki, 35 yaşlı müğənni S.Yahyayeva ötən il həkim-genetik Zakir Bayramovla ailə həyatı qurub.  

Rəşad Əliyev, Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO