Erməni blogerdən SƏRT SÖZLƏR:

Erməni blogerdən SƏRT SÖZLƏR: "Kasıb ermənilər daha övladlarını müharibəyə göndərməyəcək" - VİDEO

Hazırda oxunan: Erməni blogerdən SƏRT SÖZLƏR: "Kasıb ermənilər daha övladlarını müharibəyə göndərməyəcək" - VİDEO

73269

"Döyüşmək istəyirsiniz? O zaman Robert Koçaryanın uşaqları, Serj Sarqisyanın qardaşı oğulları müharibəyə getsin. Döyüşmək istəyirsiniz? Arşavir Qriqoryanın oğlu döyüşə getsin".

Bizim.Media xəbər verir ki, bu sözləri məşhur erməni bloger Roman Baqdasaryan sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib:

"Onların məmur ataları ucbatından bir nəfər də olsun ölmədi. Varlı adamlardan heç biri müharibəyə oğlunu göndərmədi. Yoxsul və kasıb ailələrin uşaqları daha müharibəyə getməyəcək. Bunu birdəfəlik ağlınıza yazın".

Bloger qondarma rejimin rəhbəri Arayik Arutyunyana da sərt ismarıclar göndərib:

"Xankəndinin zirzəmisində oturacaqsan, kasıb ailələrin uşaqları müharibəyə gedəcək? Artıq kifayət deyil? 34 ildir ki, kasıb ailələrin uşaqlarını öldürürük. Nə üçün? Bundan sonra belə olmayacaq. Robert Koçaryanın oğulları bizneslərindən "Artsax"a sərmayə qoyublar? Onlar həlak olanların ailələri üçün nə etdi? İzləyicilərdən yardım toplayan, yaralılara və ölənlərin ailələrinə  kömək edən bizik".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO