Anar Ağakişiyevdən Elnura sərt sözlər:

Anar Ağakişiyevdən Elnura sərt sözlər: "Getdikcə lap bataqlığa düşür" - VİDEO

Hazırda oxunan: Anar Ağakişiyevdən Elnura sərt sözlər: "Getdikcə lap bataqlığa düşür" - VİDEO

73233

"Çox zaman türk ulduzları ilə işləyirəm, o isə (red. stilist Elnur Həsənov) yerli ulduzlar çalışır. Bizim ortaq heç bir şeyimiz yoxdur. Yaşımızda, stajımızda belə fərq var. O, 10 il, mən isə 21 ildir stilist kimi fəaliyyət göstərirəm. Onunla heç bir ortaq işim yoxdur. Məni onunla heç bir şey bağlamır. Mən harada, o harada".  

Bizim.Media xəbər verir ki, bu sözləri dünyaca məşhur stilist Anar Ağakişiyev "MTV Maqazin" verilişinə verdiyi müsahibəsində deyib.

"Mən onunla və onun gördüyü hər hansı işlərlə maraqlanmıram. Mənim öz işlərim, layihələrim var. O, paxıldır. Ətrafı ona mənə qarşı "qaz" verir ki, gəl belə edək və danışaq. Mən o insanın adını çəkməyəcəyəm. O adam onsuz da özü-özünü batırır. Getdikcə lap bataqlığa düşüb. Ona, buna söz atır.
Qalxıb, səbətçiləri tənqid edir, irad bildirir. İllər əvvəl mən də sənətçiləri geyim və zövqlərinə görə irad bildirmişəm. Amma heç biri mənə ona deyilən ağır sözlərlərlə cavab verməyiblər".  

Qeyd edək ki, Anar Ağakişiyev ilə Elnur Həsənovla uzun illərdir soyuq savaş gedir. İkili bir-birinin ünvanını maqazin və şou verilişlərdə "daş-qalaq" edirlər.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO