\

\"Atam mənim həyatımı məhv etdi\" - Spirsdən kədərləndirən paylaşım

Hazırda oxunan: \"Atam mənim həyatımı məhv etdi\" - Spirsdən kədərləndirən paylaşım

72727

Ötən il atasının qəyyumluğundan qurtulan dünya ulduzu Britni Spirs baş verənlərin onun özgüvəninə ciddi təsir etdiyini bildirib.  

Bizim.Media xəbər verir ki, hazırda hamilə olan müğənni 13 yaşında lentə alınan fotosunu sosial şəbəkə hesabında yerləşdirərək illərlə atası tərəfindən aldığı psixoloji travmadan yazıb.  

Spirsin sözlərinə görə, o yeniyetməlik çağında özünü gözəl hesab etsə də, qəyyumluq məsələlərindən sonra onun həyatında hər şey dəyişib:

“Məni ən çox incidən, mənə həmişə artıq çəkili olduğumu və heç vaxt kifayət qədər yaxşı olmadığımı göstərən yeganə səbəb qəyyumluq olub. Atam varlığımın özəyini, məni 13 yaşında olduğum qədər gözəl hiss etdirən məfhumu, inamımı və hətta cinsi həyatımı məhv etdi. Hər şey məhv oldu! Məni çirkin hiss etdirdi, buna görə də elə idim. İnanın, gözəl hiss etmək tamam başqa bir dünyadır. Hər ikisinin şahidi olduğum üçün bilirəm”.  

Müğənni həbs müddəti bitəndə bu təzyiqdən qurtulduğunu, lakin psixoloji sarsıntının həmişəlik onunla qalacağını yazıb:

“Özümü çox yaxşı hiss etdim. Mən çox cəhd etməyi dayandırdım və bəli, tamamilə yeni bir dünyaya daxil oldum. Özümü gözəl hiss etdim. Yenə 13 yaşım var”. 
Qeyd edək ki, bu, pop ulduzun ailə üzvlərinə qarşı səsləndirdiyi ilk çıxışı deyil. Britni daha əvvəllər də qohumlarının onunla insanlığa sığmayan şəkildə davranmaları səbəbi ilə həbsdə yatmalı olduğunu vurğulayıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO