Fatimə Natavanın təhqirlərinə canlı yayımda CAVAB VERDİ: “Qorxacağım yoxdur” 

Fatimə Natavanın təhqirlərinə canlı yayımda CAVAB VERDİ: “Qorxacağım yoxdur” 

Hazırda oxunan: Fatimə Natavanın təhqirlərinə canlı yayımda CAVAB VERDİ: “Qorxacağım yoxdur” 

72663

“Heç kimdən asılılığım, qorxacağım bir şey yoxdur. Natavan və Dado ilə sənətdə fərqli istiqamətlərimiz var. Biri repçi, biri müğənnidir. Mən isə rəqqasəyəm. “ŞouRum” maqazin verilişində qonaq oldum. Verilişin aparıcısı Afaq Gəncəli mənə sual verdi ki, “Xatirə, Natavan, Elşad və Dado verilişlərdən qonorar tələb edirlər. Buna münasibətiniz necədir?”. Mən də cavabında söylədim ki, “onların bu fikirlərinə hörmət edirəm. Amma bu normal deyil. Biz verilişlərə görə tanınmışıqsa, necə gedib onlardan pul istəyə bilərəm?”.  

Bizim.Media xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Natavan Nadirlə Fatiməyə OD PÜSKÜRDÜ - "Qudurmayın!"


Sənətçi Natavanın onun ünvanına səsləndirdiyi qalmaqallı ismarışlarına isə belə münasibət bildirib.  

“Mən heç kimi o verilişdə alçatmamışam, təhqir etməmişəm. Deməmişəm ki, gedin işlərinizlə məşğul olun. Bu nə sözdür? Mən “Siz kimsiniz?” sözünü deməmişəm. Natavan məsələnin kökünə varmadan, başlayıb oradan yazmağa ki “Filankəslər çıxır, kamera önündə şirə dönür”. Mənim nə Natavandan, nə də ki Dadodan çəkinəcəyim və qorxacağım bir şey yoxdur. Hər kəsin öz peşəsi və işi var. Natavan özünə görə gözəl müğənni, Dado da gənclər arasında sevilən repçidir”. 

Qeyd edək ki, F.Fətəliyeva “Şourum” maqazin verilişində efirlərdən qonorar tələb edən məşhurlara "Siz əlçatmaz deyilsiniz" sözlərini ünvanlayıb. Bundan sonra Natavan Həbibi sosial şəbəkə hesabında rəqqasəni “yıxıb-sürüyüb”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO