Aktrisa:

Aktrisa: "Dedilər ki, anamın ürəyini mən partlatmışam" - FOTO/VİDEO

Hazırda oxunan: Aktrisa: "Dedilər ki, anamın ürəyini mən partlatmışam" - FOTO/VİDEO

72373

"Anamı məndən küsdürdülər. Anam dedi ki, "iti görüm, qurdu görüm, amma səni görməyim". Nəinki məni, hətta qızımı. Anam mənə nifrət etsə də, hər zaman onu çox istəmişəm. Ana bağışla, pulum az olub. Az qazanmışam. Nə günahlarım varsa, dünyaya gəlişim belə günahdırsa, məni bağışla".  

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva "Space maqazin" verilişinə müsahibəsində deyib.  

Anası Mina xanımın məzarını ziyarət edən aktrisa onun stress və əsəbdən deyil, koronavirusdan dünyasını dəyişdiyini açıqlayıb:

"Fərziyələr irəli sürdülər ki, "Bizimləsən" ictimai-sosial verilişdə anam haqda çıxış eləmişəm, sabahısı gün isə o dünyasını dəyişib. Yəni açıqlamalarımla anamın ürəyini mən partlatmışam. Amma bu elə deyil. Anam "Covid-19" dan rəhmətə gedib. Bu xəstəliklə bağlı anam poliklinikada qeydiyyatda da olub. Orada onda koronovirus aşkarlandığı bildirilib".  

Qeyd edək ki, Sinaxanım Əliyeva bir müddət əvvəl anasının ondan imtina etdiyini dilə gətirib.

"Atasız böyümüşəm, ana satqınlığı, ər xəyanəti görmüşəm. Bəsdirin məni müzakirə etdiniz" deyə, o, müsahibələrinin birində söyləyib.  

Rəşad Əliyev, Bizim.Media
 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO