Aysundan etiraf: “Eşqini görüb, dondum qaldım” - VİDEO

Aysundan etiraf: “Eşqini görüb, dondum qaldım” - VİDEO

Hazırda oxunan: Aysundan etiraf: “Eşqini görüb, dondum qaldım” - VİDEO

72177

“Eşqin Moskvada doğulub, boya-başa çatıb. Eşqinin ailəmizlə 5 il dostluq münasibəti vardı. Amma mən onu tanımırdım. Lakin Eşqin məni tanıyırdı və anasına şəklimi göstərib deyib ki? Aysun müğənni də olsa, şirin qızdır. Qaynanam və qaynatamla çox gözəl münasibətimiz var. Onlar Goranboy rayonundandır. Ata tərəfim də Goranboydandır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun qonaq olduğu “Tarixin Bir Günü” verlişində deyib.

Müğənni nişanlısı Eşqinlə necə tanış olmasından söhbət açıb:

“Eşqin anamın restoranına gəlmişdi. Mən də həmin vaxt restoranın otağında oturub, telefona baxırdım. Birdən anam çağırdı ki, Eşqin gəlib, gəl onunla salamlaş. Mən isə vecimə almadım, telefona baxmağa davam elədim.

Elə oldu ki, ayağa durub çay içməyə gedəsi oldum. Otaqdan çıxıb zala keçəndə, gördüm ki, başında papaqlı bir oğlan oturub. Elə Eşqini görüb, dondum qaldım (gülür). Eşqin şou-biznesin içinə girmək istəmir.
Onu zorla efirə çıxartdım. O da söylədi ki, əgər bu sənə lazımdırsa, çıxaram. Amma dedi ki, daha məni efirlərə aparma”. 

Qeyd edək ki, cütlüyün toyu oktyabr ayında olacaq.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO