Cığatel mərhum əri BARƏDƏ - “Nə gözəl döyürdü məni” 

Cığatel mərhum əri BARƏDƏ - “Nə gözəl döyürdü məni” 

Hazırda oxunan: Cığatel mərhum əri BARƏDƏ - “Nə gözəl döyürdü məni” 

72004

“Kaş həyat yoldaşım sağ olardı, yenə döyərdi məni”.  

Bizim.Media xəbər verir ki, bu sözləri şairə Cığatel Qasımova qonaq olduğu “7 canlı” axşam şousunda deyib.  

Bir müddət əvvəl həyat yoldaşı ilə bağlı etdiyi etirafın cəmiyyətdə səs-küyə çevirildiyini söyləyən şairə sözlərinə yenidən aydınlıq gətirib.  

Mərhum həyat yoldaşı onu qısqanmadığından şairə döyülməsini istəyib.   

“Bu sevgidən, qısqanclıqdan qurtarmaq üçün istəyirdim ki, həyat yoldaşım məni döysün. Mən də deyim ki, əllərinə qurban olum. Dəli kimi sevdiyim həyat yoldaşım idi. Nə gözəl, döyürdü məni (gülür). Allaha and olsun ki, döyməyin də gözəli olur. Təbii ki, bunlar hamısı bir zarafatdır. Amma zarafatın içində bir gerçəklik də var.

Həyatdır, yaşayırıq. Həyatın içində ailə var. Bununda acısı da, şirini də var, mehribanlığı da var. Elə ev yoxdur ki, söz-söhbət olmasın. Qohumları tərəfindən qınaq obyektinə çevrildiyini etiraf edən Qasımova qısqanc olduğunu dilə gətirib.  
“Mən çox qısqanc idim. Qohum-əqraba məni çox qınayırdı. Deyirdilər ki, sən sənət adamısan, həyat yoldaşın səni qısqanmalıdır, sən yox. Amma tərsinə idi, mən onu qısqanırdım. Küsüb, ağlayırdım ki, qısqan məni”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO