ATV-də yayımlanan “Xoş-Beş” günorta şousunun aparıcısı Vüsalə Kərimova bu gün efirə çıxmayıb.
Bizim.Media xəbər verir ki, verilişdə V. Kərimovanı “Həkimsən” proqramının aparıcısı İlhamə Bədəlova ilə aktyor Məcid Hüseynov əvəz edib.
Onlar bildiriblər ki, bu gündən etibarən “Xoş-Beş” proqramı onların aparıcılığı ilə yayımlanacaq.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Vüsalə Kərimova ilə əlaqə saxlayıb.
Kərimova “İşləmək istəmədim, çıxdım. Qoyulan qadağalara görə bu verilişdən uzaqlaşmağa qərar verdim” deyə qısa şəkildə şərh bildirib.
Qarşı tərəfin - ATV-nin məsələ ilə bağlı rəsmi cavabını təqdim edəcəyik.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:22 / 28.04.2022
Vüsalə Kərimova ATV-dəki verilişindən AYRILDI - Səbəb hansı qadağa olub? - VİDEO
Hazırda oxunan: Vüsalə Kərimova ATV-dəki verilişindən AYRILDI - Səbəb hansı qadağa olub? - VİDEO
Hazırda oxunan: Vüsalə Kərimova ATV-dəki verilişindən AYRILDI - Səbəb hansı qadağa olub? - VİDEO
71884
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.