Xəbər verdiyimiz kimi aparıcı Tural Əsədov şəhərdə quraşdırılan parklanma yerlərindən şikayətlənib.
Bizim.Media xəbər verir ki, aparıcı gileyini ictimailəşdirəndən sonra məsul qurumlardan reaksiya gəlib.
MÖVZU İLƏ BAĞLI:
Aparıcı Turaldan parkinq cərimələrinə ETİRAZ: “Mais Ağayev susur, Haaqa tribunalına deyək?"
Bununla bağlı T.Əsədov yenidən paylaşım edərək, şikayətçi olduğu məsələnin həll olunduğunu yazıb:
“Pisi deyəndə, yaxşını da demək lazımdır. Sağ olsunlar, “Bakı Nəqliyyat Agentliyi” və “Baş Polis idarəsi” reaksiya verdi. Məsələ həll olundu. Amma verməyə də bilərdilər. Mais müəllimdən, soruşanda ki, “Yazdığım paylaşımı nə edim? Cavab olaraq söylədi ki, “Özün bilən məsləhətdir, mən postu silməklə bağlı zəng etməmişəm”. Mən isə silməyi məsləhət bilirəm. Təşəkkürlər. Dağılışaq”.
Rəşad Əliyev, Bizim.Media