Vasif Məhərrəmli: “Anam niyyət etdi ki, 7 qarış torpaq yalayacaq” - VİDEO

Vasif Məhərrəmli: “Anam niyyət etdi ki, 7 qarış torpaq yalayacaq” - VİDEO

Hazırda oxunan: Vasif Məhərrəmli: “Anam niyyət etdi ki, 7 qarış torpaq yalayacaq” - VİDEO

71037

"Balaca olarkən dəcəl uşaq olmuşam. Əsgərlikdə olduğum zaman cəzalarım çox oldu. Mən və çeçen dostum Ruslan Beşayev etdiklərimizə görə əsgərlik xidmətindən ən sonda buraxıldıq. Anam bu hadisədən çox narahat oldu. Əsgərlikdə Rusiyanın İjevsk şəhərində xidmət də olmuşam". 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli qonaq olduğu "7 canlı" axşam şousunda deyib. Əsgərlik xidmətini gec başa vuran sənətçi anasının niyyətini açıqlayıb.

"Hələ mənim əsgərlikdən gec çıxmağım bir yana, 10 gün İjevsk şəhərində qaldım. Xidməti 2,5 ilə başa vurdum. Anam bu hadisələrdən çox qorxmuşdu. Anam niyyət edib ki, mən əsgərlikdən gələndə 7 qarış torpaq yalıyacaq. Ana çox böyük qüvvədir". 

Bizim.Media, Rəşad Əliyev
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO