Elxan Şirinovla Cabbar Musayevi dostdan düşmənə çevirən SƏHV: “Barışmağım mümkün deyil” - VİDEO

Elxan Şirinovla Cabbar Musayevi dostdan düşmənə çevirən SƏHV: “Barışmağım mümkün deyil” - VİDEO

Hazırda oxunan: Elxan Şirinovla Cabbar Musayevi dostdan düşmənə çevirən SƏHV: “Barışmağım mümkün deyil” - VİDEO

70702

Müğənnilər Elxan Şirinov ilə Cabbar Musayevin bir-birinə düşmən kəsildiyi üzə çıxıb.  

Bizim.Media xəbər verir ki, onların aralarında yaşanan qalmaqal illər sonra “Həmin Zaur” axşam şousunda gündəmə gəlib.

Verilişin aparıcısı Zaur Kamalın “Sizə yaxın dostunuz kim olub?” sualına “Sən Cabbarı nəzərdə tutursan?” deyən E. Şirinov fikirlərini belə davam edib: 

“Bir şadlıq sarayında işləyirdim. Orada mənə söylədilər ki, bir adam (red. C.Musayev) var. Burada işləmək istəyir. Cavab olaraq dedim ki, axı Cabbar Niyaməddin Musayevlə çalışır. Amma onların birgə işləmədiyini dedi. Biz o zamandan bir-birimizi tanıdıq. Biz nə küsülüyük, nədə ki incik. İnsan saxtakarlıq edəndə, mən onu bağışlamaram. Mümkün deyil”.

Z.Kamal canlı efirdə E.Şirinovla C.Musayevi barışdırmaq niyyətində olduğunu söyləyib. Lakin Elxan Zaurun bu təklifinə rədd cavabı verib.   
“Oğlum belə bir səhv edərsə, onu heç zaman bağışlamaram. Cabbara gözümün yağını yedizdirmişəm. Bizi barışdırmaq istəyən çox adamlar olub. Hətta rayondan sayılıb-seçilən şəxslər gəlib, bizi barışdırmağa təşəbbüs gəstərməyə çalışıblar. Amma onunla mənim barışmağım mümkün deyil.

Mən incimişəm. Əgər o canlı efirə zəng edərsə, danışaram. Amma elə məntiqi sözlər deyərəm ki, hamımız pərt olarıq. Zaur, verilişdən sonra sənə elə bir şey deyərəm ki, sən özün mənə haqq qazandırarsan”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO