30 kq arıqlayan Nurlan Əzizbəylinin son halı - FOTO 

30 kq arıqlayan Nurlan Əzizbəylinin son halı - FOTO 

Hazırda oxunan: 30 kq arıqlayan Nurlan Əzizbəylinin son halı - FOTO 

70632

“Bu ilin fevralında “Bizimləsən” sosial-ictimai proqramı və onun aparıcısı Zaur Baxşəliyevin dəstəyi ilə mədəkiçiltmə və öd kisəmdən əməliyyat olundum. 105 kiloqram çəki ilə əməliyyata girmişdim. 30 kiloqram çəki atmışam. Hazırda çəkim 75 kiloqramdır”.  

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində müğənni Nurlan Əzizbəyli söyləyib.

Xeyli çəki atan müğənni həyat yoldaşı Nərmin Əzizbəylinin də bir aydan çoxdur ki, mədəkiçiltmə əməliyyatı keçirtdiyini açıqlayıb.  

“75 kiloqram son deyil. Çəki atmağım hələ də davam edir. Yaxın günlərdə idmana başlayacağam. İstədiyim çəkini əldə edəndən sonra yeni imicdə və yeni mahnılarla ekranlara qayıdacağam. Xanımım da bir aydan çoxdur ki, mədəkiçiltmə əməliyyatı keçirib. Hazırda özünü yaxşı hiss edir. O da sürətlə arıqlamağa başlayıb”.  

Sənətçi söhbət əsnasında oğlu Mehrandan da söz açıb. Əzizbəyli bildirib ki, oğlu qəbul imtahanlarına hazırlaşır.  

“Oğlumun başı qəbul imtahanlarına qarışıb. Biz də ona dəstək olmağa çalışırıq. Qəbul olarsa, sənədlərini Aviasiya Akademiyasına verəcək”.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO