“Issız adam”ın ULDUZU: “İstanbulda ev alım, sonra Bakı barədə düşünərəm” - ÖZƏL 

“Issız adam”ın ULDUZU: “İstanbulda ev alım, sonra Bakı barədə düşünərəm” - ÖZƏL 

Hazırda oxunan: “Issız adam”ın ULDUZU: “İstanbulda ev alım, sonra Bakı barədə düşünərəm” - ÖZƏL 

69962

“Issız adam” filmi ilə məşhurlaşan və tamaşaçıların rəğrəbətini qazanan Türkiyəli aktyor Cemal Hünal Bakıya gəlib.  

Aktyorun paytaxta gəlməyinin səbəbi yerli həmkarları ilə birgə rol aldığı “Yanlış anlama” filminin ikinci hissəsinin çəkilişləri ilə əlaqədardır.    

Filmin bəzi səhnələri Bakının əsas yerlərindən sayılan “İçərişəhər”də lentə alınır. Cemal Hünal çəkiliş arası Bizim.Media-nın əməkdaşı ilə həmsöhbət olub.  

Üçüncü dəfədir ki, paytaxtımıza gələn kinoulduz Bakı ilə bağlı təəssüratlarını bölüşüb.  

“İllər əvvəl “Issız adam” filminin qala gecəsi üçün Bakıya gəlmişdim. Bakı mənim çox xoşuma gəlir. Buranın çox gözəl memarlıq üslubu var. Parklarınız göz oxşayır. Ötən gün “Qış parkı”nı gəzdim. Buranın insanlarını, məkanlarını, yeməklərini çox bəyəndim. Memarı və tarixi ilə insanı cəlb edir. Göz alıcı bir şəhəriniz var. Şəhəriniz Parisə bənzəyir”.  

“Azərbaycanlı məşhurlardan kimi tanıyırsınız?” sualına aktyor hazırda qalibiyyət uğrunda qızğın mücadilə gedən “Survivor All Star” yarışmasının iştirakçısı, 6 qat Dünya çempionu, əməkdar idman ustası “Kobra” ləqəbi ilə məşhurlaşan Pərviz Abdullayevin adını çəkib.

Redaksiyamızın əməkdaşının “Tez-Tez Bakının qonağı olan türk məşhurları burada ev alacaqları ilə bağlı açıqlamar verirlər. Sizin belə bir istəyiniz var?” sualını eşidən Cemal belə fikri olmadığını dilə gətirib.   
O, “Niyə Bakıda ev alım? İstanbulda hələ özümə ev alım, sonra Bakıdakı ev haqqında düşünərəm. Hazırda İstanbulda kirayədə qalıram” deyərək fikirlərini yekunlaşdırıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO