İkinci həyat yoldaşı ilə barışan Xalq artisti:

İkinci həyat yoldaşı ilə barışan Xalq artisti: "Aktyorluq edir də evdə" – VİDEO 

Hazırda oxunan: İkinci həyat yoldaşı ilə barışan Xalq artisti: "Aktyorluq edir də evdə" – VİDEO 

69952

“Həyat yoldaşını düz seçdinsə, demək bu həyatda sən qalibsən. O zaman insan da xoşbəxt olur”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva “Zaurla Günaydın” səhər şousunda deyib.  

Verilişin aparıcısı Günay Baxşəliyevanın aktrisaya ünvanlandığı “Həyat yoldaşınız teatra gəlib, sizin çıxışlarınızı izləyir?” sualına Allahverdiyeva “Həyat yoldaşım “teatr xəstəsidir” cavabını verib.  

Şounun digər aparıcısı Zaur Baxşəliyevin “Gətirin də onu teatra” deməsinə Xalq artistinin reaksiyası isə belə olub.  

“O teatrda nə iş görəcək ki? Aktyorluq edir də evdə (gülür)”. 

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Naibə Allahverdiyevanın ikinci həyat yoldaşı Yusif bəy “Bizimləsən” sosial-ictimai proqrama zəng edərək, ondan bağışlanmasını istəyib. Aktrisa verilişinin aparıcısı Zaur Baxşəliyevin təkidi ilə ona ikinci şans verib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO