Bir neçə həftə əvvəl oğlu Zeynə kiçik toy edən müğənni Zamiq Hüseynov məclisdə lentə alınan görüntüləri üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, oğlunun məclisinə dəvət olunan qonaqları gecəni çəkib, paylaşmağa icazə verməyən müğənni qoyduğu qadağanı özü pozub.
Z. Hüseynov oğlu Zeynin kiçik toyundan paylaşdığı videoya "Yanımızda olan hər kəsə təşəkkür edirəm" sözlərini yazıb.
Qeyd edək ki, Zamiq 2018-ci ildə Aydan adlı xanımla ailə qurub. Bu, ifaçının ikinci nikahıdır.
Rəşad Əliyev, Bizim.Media